45 yaşadək insanlar gənc sayılacaq YENİ BÖLGÜ

19.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istifadə olunan yaş təsnifatına əsasən, 18–44 yaş arası insanlar gənc hesab olunur. Beləliklə, bu bölgüyə görə orta yaş dövrü 45 yaşdan başlayır.
Bizim.Media xəbər verir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Tkaçeva bildirib ki, rəsmi təsnifata əsasən 45–59 yaş aralığı orta yaş dövrü sayılır.
 

Bu mövzu fonunda Rusiyada gənclik yaş həddinin artırılması ilə bağlı təkliflər də səsləndirilib. Hazırda ölkə qanunvericiliyinə əsasən gənclərin yuxarı yaş həddi 35-dir.


Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko hesab edir ki, insanların daha uzun müddət əmək qabiliyyətini və fəallığını qoruyub saxlaması nəzərə alınaraq, gənclik yaş həddi 40 yaşadək artırılmalıdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью