45 yaşında “daha bəsdi” dedi

11.12.2024

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəhayət, Yuniti İnamoto çoxdan gözlənilən qərarı verib.

Yaponiya yığmasının sabiq oyunçusu karyerasını başa vurub. Ölkəsinin “Nankatsu” klubunda çıxış edən 45 yaşlı yarımmüdafiəçi qərarını mətbuat konfransında açıqlayıb. O, artıq komandasına fayda verə bilməyəcəyini hiss etdiyini və buna görə karyerasını başa vurduğunu bildirib.
İnamoto Avropada “Vest Bromviç”, “Kardiff Siti”, “Ayntraxt” (Frakfurt), “Qalatasaray” və “Renn” klublarında oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью