45 yaşında karyerasını bitirdi

05.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaponiya millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını 45 yaşında başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.

2006/2007 mövsümündə “Qalatasaray”da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu kimi tarixə düşmüşdü. O, “sarı-qırmızılar”ın heyətində 34 matçda 1 qol vurub.

Futbolçu son olaraq ölkəsinin “Nankatsu” klubunun şərəfini qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью