45 yaşlı Beyonsenin formada qalmaq sirri

16.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyaca məşhur müğənni Beyonsenin açıqladığı səhər yeməyi vərdişi  gündəmə gəlib. Sənətçinin günə hansı qidalarla başladığı maraq doğurub.

“Yeni Sabah” xəbər verir ki, 45 yaşlı ulduz güclü səhnə çıxışları və formada görünüşü ilə illərdir diqqət mərkəzindədir. Şəxsi həyatı və gündəlik vərdişləri ilə yanaşı, Beyonsenin qidalanma qaydaları da maraq doğurur. Müğənni günə əsasən zülalla zəngin səhər yeməyi ilə başladığını bildirib.

Beyonse “Shape” jurnalına verdiyi müsahibədə səhərlər əsasən çalınmış yumurta ağı yediyini açıqlayıb. Müğənninin ilk seçimi yumurta ağını tərəvəz şirəsi ilə birlikdə qəbul etməkdir. Digər seçim isə az yağlı süd və dənli səhər yeməyi məhsullarından ibarətdir. ShopByBro

Beyonse  “Shape” jurnalına müsahibəsində nahar və şam yeməyində əsasən balıq və tərəvəzə üstünlük verdiyini bildirib. O, gün ərzində kifayət qədər su içməyə və sağlam qidalanmağa çalışdığını da qeyd edib.   

Maraqlıdır ki, sağlam qidalanmasına baxmayaraq, sənətçi sevimli yeməyindən də imtina etmir. Onun sözlərinə görə, bazar günləri özünə istədiyi yeməyi yeməyə icazə verir. Beyonsenin ən sevdiyi yemək isə pizzadır.

Əsas yeməklər arasında təzə meyvə, qarğıdalı partlağı və bananla birlikdə zülal batonlarına üstünlük verdiyi də bildirilir.

Müğənni 2018-ci ildə Coachella festivalındakı çıxışına hazırlaşarkən 44 gün ərzində ciddi bitki əsaslı qidalanma rejiminə əməl edib. Bu müddətdə çörək, şəkər, süd məhsulları, ət və balıqdan uzaq durub. Lakin sonradan belə sərt pəhrizin onun üçün asan olmadığını etiraf edib.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью