Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Dünya futbol tarixində ən çox rəsmi oyuna çıxan qapıçı Fabio hələ ki, karyerasını başa vurmağa tələsmir. O, klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, 45 yaşlı qolkiper “Fluminense” ilə müqaviləsini yeniləyib. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Fabionun sözləşmənin müddəti 2027-ci ilin dekabarına qədər artırılıb.
O, son 4 il ərzində baş məşqçi Fernando Dinizin komandası üçün vacib fiqurlardan birinə çevrilib. Təcrübəli futbolçu bu müddət ərzində “Fluminense” ilə 2023-cü ildə Libertadores Kubokunun qalibi və iki dəfə Braziliya çempionu olub. O, indiyədək 1391 rəsmi oyunda iştirak edib ki, bu da dünya futbolunda rekorddu. Əvvəlki rekord 1387 oyun keçirən ingiltərəli Peter Şiltona məxsus idi.
Fabio karyerası ərzində “Atletiko Paranaense”, “Kruzeyro” və “Vasku da Qama”da da çıxış edib.