450 yə yaxın məktəbdə istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil OLUNUR

18.11.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin istilik mövsümünə mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, pelet, dizel) hazır vəziyyətə gətirilməsi prosesi sürətlə həyata keçirilir. Hazırda 450-yə yaxın təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, cari tədris ilində istilik mövsümünə hazırlıq məqsədilə ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb. Müvafiq qurumlarla birgə keçirilən hazırlıq işləri çərçivəsində qazanxanalar və istilik sistemlərinin sazlığı yoxlanılıb, mümkün nasazlıqların əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью