4,6 bal gücündə zəlzələ: Dağıntı və tələfat...

05.06.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırğızıstanda zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Seysmologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, Narın vilayətində 4,6 bal gücündə zəlzələ baş verib .

Qeyd olunub ki, zəlzələnin ocağı Qara-Bulak kəndindən 12 km cənub-şərqdə, Narın şəhərindən 79 km aralıda yerləşib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində tələfat və ciddi dağıntı qeydə alınmayıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью