46 marşrutun fəaliyyəti bərpa ediləcək

21.11.2024

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 25-dən Bakıda daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir.

Sherg.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, gələn həftədən 1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobusların hərəkət sxemləri bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью