Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı aktyor Bred Everett Yanq avtomobil qəzasında dünyasını dəyişib
Axşam.az xəbər verir ki, 46 yaşlı aktyor Kaliforniyada sükan arxasında olarkən qəfildən əks istiqamətdə hərəkət edən başqa bir avtomobillə toqquşub.
O, hadisə yerində ölüb. Qəzaya görə məsuliyyət daşıyan sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Yanq aktyorluğa 1990-cı illərin sonlarında başlayıb. O, "Çarlinin mələkləri", "Sevgi və basketbol", "Yura Parkı III" kimi filmlərdə çəkilib.