46 yaşlı Menni Pakyao WBC reytinqində liderliyə yüksəlib

10.08.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfsanəvi boksçu Menni Pakyao Dünya Boks Şurasının (WBC) orta çəki dərəcəsində reytinq cədvəlinin liderliyinə yüksəlib.

İdman.biz xəbər verir ki, bu qərar onun dünya çempionu Mario Barriosla döyüşündən sonra verilib.

Pakyao son dörd ildə ilk dəfə keçirdiyi qarşılaşmanı heç-heçə başa vurub. 2019-cu ildən bəri məşhur filippinlinin peşəkar karyerasında rekordu 62 qələbə, 8 məğlubiyyət və 3 heç-heçədir. Hazırda o, gələcək titul döyüşləri üçün əsas namizəddir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью