Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gecə Bakı-Sumqayıt yolunda ağır qəza olub.
“Qafqazinfo” xəbər verir ki, ağırtonnajlı yük maşınının minik avtomobilinə çırpılması nəticəsində Qubadlı rayon Qaralar kənd sakini 1980-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsov dünyasını dəyişib.
O, müğənni kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.