46 yaşlı musiqiçi toyda qəfil vəfat edib

09.12.2024

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

46 yaşlı musiqiçi Mahmud Abbasov vəfat edib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, Masallı şəhər 11 illik incəsənət məktəbinin səs-muğam müəllimi Mahmud Abbasov ötən gecə dünyasını dəyişib.

Bildirilib ki, onun ötən gecə Bakıda toyda halı pisləşib. Musiqiçinin qan təzyiqinin qəfil düşməsi nəticəsində vəfat etdiyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью