46 yaşlı musiqiçi toyda vəfat etdi YenilənibFoto

09.12.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Masallıda 46 yaşlı musiqiçi qəflətən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Masallı şəhər 11 illik incəsənət məktəbinin səs-muğam müəllimi Mahmud Abbasov ötən gecə dünyasını dəyişib.

Yaxınları onun qan təzyiqinin qəfil düşməsi nəticəsində vəfat etdiyini bildiriblər.

***

Modern.az-ın məlumatına görə, M.Abbasov Bakı şəhərində əmisi oğlunun toy məclisində iştirak edib. Toyda qəfil halı pisləşib və dünyasını dəyişib. O, doğulduğu Babaser kəndində torpağa tapşırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью