46 yaşlı Ronaldinyo futbola qayıtdı: İtalyan klubu açıqladı

20.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya futbolunun əfsanələrindən olan Ronaldinyo yenidən yaşıl meydanlara dönüb.

Apasport.az xəbər verir ki, 46 yaşlı sabiq futbolçu İtaliyanın Serie C təmsilçisi “Ravenna” ilə müqavilə imzalayıb.

Klubun yaydığı məlumata görə, Ronaldinyo komandanın heyətində çıxış edəcək və yeni mövsümdə “Ravenna”nın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi nəhəng klubların formasını geyinib, həmçinin Braziliya millisinin heyətində dünya çempionu olub.

Şenol Güneşdən motivasiya sözləri - “Sadəcə 90 dəqiqə var” Montelladan iddialı mesaj - "Nəhayət oyun günü gəldi" Kristensen “Barselona”da qalır - Yeni müqavilə Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür” Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью