47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

04.11.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 1-nə olan məlumata görə, 32 690 yetkinlik yaşına çatmış şəxs və 14 344 azyaşlı (valideynlərinin razılığı ilə) Ermənistan Respublikası vətəndaşlığını əldə edib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sərkisyan 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi çərçivəsində parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Qarabağdan könüllü köçən şəxslər tərəfindən vətəndaşlıq almaq üçün 53 039 müraciət daxil olub:

“Onlardan 47 034-ü, o cümlədən uşaqlarla bağlı müraciətlər təmin edilib”.

Qeyd edək ki, Qarabağdan könüllü köçən şəxslərin maraqlarını təmsil edən bir sıra QHT onlara Ermənistan vətəndaşlığının verilməsinin yubadıldığını bəyan etmişdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью