47 təyyarə, 21 gəmi Tayvana yaxınlaşdı

10.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Tayvan Silahlı Qüvvələri gün ərzində adaya yaxınlaşan Çin ordusunun 47 aviasiya vasitəsi və 12 gəmisini, eləcə də Çin hökumət idarələrinin 9 gəmisini qeydə alıb.

Axar.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 16 aviasiya vasitəsi Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb hissəsindəki hava hücumundan müdafiə zonasına daxil olub. Tayvan ordusu hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью