47 yaşında xərçəngin qurbanı oldu

08.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Rusiyalı dizayner, "Cyrille Gassiline" brendinin təsisçisi Kirill Qasilin vəfat edib.

Axşam.az xəbər verir ki, o, oktyabrın 4-də 47 yaşında Moskvada dünyasını dəyişib.

Qasilin uzun müddət onkoloji xəstəliklə mübarizə apardıqdan sonra xəstəxanada vəfat edib.

Qeyd edək ki, son illərdə Qasilin nadir hallarda ictimaiyyət qarşısına çıxıb. O, son kolleksiyasını 2019-cu ildə təqdim edib.

Kirill Qasilin peşəkar fəaliyyətinə 2000-ci illərin əvvəllərində başlayıb. 2008-ci ildə qadın geyimləri üzrə "Cyrille Gassiline" brendini təsis edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью