Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Neftçala rayonunda 47 yaşlı kişi atasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. 1979-cu il təvəllüdlü Anar birgə yaşadıqları evdə atası Mahir (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı Anar atasına şillə və təpiklə vuraraq onu döyüb, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadəsində məlum olub ki, onlar arasında barışıq olub. Zərərçəkən də ifadəsində oğlunu bağışladığını, ona qarşı şikayətçi olmadığını deyib.
Neftçala Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. 1979-cu il təvəllüdlü Anar birgə yaşadıqları evdə atası Mahir (adlar şərtidir – red.) ilə mübahisə edib.