47 yaşlı kişi bıcaqlandı: Qaynı saxlanıldı

02.03.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarnın kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.

Məlumata görə, N.Əliyev C.Hüseynovun qaynıdır. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью