47 yaşlı kişi böyük qardaşını öldürdü

25.11.2024

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdaşda qətl törədilib.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aral-2 kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью