47 yaşlı komediyaçıya xərçəng diaqnozu qoyuldu

23.06.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur komediyaçıya Mark Moşe Kaşerə xərçəng diaqnozu qoyulub.

BAKU.WS xəbər verir ki, aktyorun badamcıq xərçəngindən əziyyət çəkdiyi bildirilib.

O bu barədə sosial mediada paylaşım edərək "Badamcıqlarımda bir şiş tapıldı. Məlum oldu ki, xərçəngdir", - deyə bildirib.

Aktyor, əlavə edib ki, beş saatlıq əməliyyat keçirib və ona şüa terapiyası lazım ola bilər.

Eyni zamanda, Kaşer diaqnozu qoyulan xərçəng növünün sağ qalma nisbətinin yüksək olduğunu vurğulayıb.

"Nə olursa olsun, yaxşı olacağam", - deyə o əlavə edib.

Bir müddət əvvəl məşhur Britaniya televiziya aparıcısı Ceremy Klarkson xərçəng üzərində qələbəsini elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью