470 qram doğulan körpəni həkimlər xilas ETDİLƏR

12.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Saratov şəhərində həkimlər 470 qram çəkidə dünyaya gələn körpəni xilas ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Saratov Şəhər Klinik Xəstəxanasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə aprel ayında baş verib. Hamilə qadın qarın nahiyəsində ağrılar səbəbindən təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Baş verən qanaxma səbəbindən həkimlər onu təcili əməliyyat ediblər.

Qadının qızı hamiləliyin 27-ci həftəsində təcili qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpənin çəkisi cəmi 470 qram olub.

Ana övladını ilk dəfə doğuşdan yalnız bir gün sonra reanimasiya şöbəsində görə bilib. Həkimlər körpənin vəziyyəti ilə bağlı heç bir vəd verməsələr də, anaya davamlı dəstək göstəriblər.

Qızın vəziyyətində ilk müsbət dəyişikliklər doğuşdan 10 gün sonra müşahidə olunmağa başlayıb. Körpə reanimasiya şöbəsindən yenidoğulmuşların və vaxtından əvvəl doğulan uşaqların patologiyası şöbəsinə köçürüldükdən sonra valideynlər rahatlıq tapıblar.

Körpə təxminən 2 kiloqram çəki ilə evə buraxılıb. Maraqlıdır ki, onun xəstəxanadan çıxarıldığı tarix əvvəlcədən nəzərdə tutulan 40 həftəlik doğuş müddətinə təsadüf edib.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью