48 saata xolestrini azaldan qida

26.02.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyada aparılan kiçikmiqyaslı araşdırma yulafın insan sağlamlığına gözlənilməz təsirini üzə üzə çıxarıb. Bonn Universitetinin mütəxəssisləri cəmi iki gün ərzində yulaf ağırlıqlı qidalanma ilə xolesterini 10 faiz azaltmağın mümkün olduğunu müəyyənləşdiriblər.
Demokrat.az xəbər verir ki, "Nature Communications" jurnalında dərc olunan tədqiqata metabolik sindromdan əziyyət çəkən 32 böyük şəxs cəlb edilib. İştirakçılar 48 saat ərzində gündə üç pay olmaqla cəmi 300 qram suda bişmiş yulaf yeyiblər. Bu müddətdə rasiona yalnız meyvə və tərəvəz əlavə etməyə icazə verilib. Nəticədə "pis" xolesterin (LDL) səviyyəsinin əhəmiyyətli dərəcədə düşdüyü və bu təsirin altı həftə sonra da qorunduğu müşahidə edilib.
Araşdırma rəhbərlərindən olan Mari-Kristin Simon bildirib ki, yulaf qrupu orta hesabla iki kiloqram çəki itirib. Eyni zamanda həmin şəxslərin qan təzyiqində də yüngül azalma qeydə alınıb. Alimlər bu müsbət dəyişikliyi yulafın tərkibindəki beta-qlukan liflərinin bağırsaq mikroflorasına təsiri ilə əlaqələndirirlər. Bu liflər faydalı bakteriyaları bəsləyərək xolesterin metabolizmasını sürətləndirən yağ turşularının istehsalına kömək edir.
Mütəxəssislər yulafın ürək dostu olduğunu təsdiqləsələr də, bəzi xəbərdarlıqlar da ediblər. Belə qısa müddətli və intensiv pəhriz hər kəs üçün yararlı olmaya bilər. Xüsusilə diabet və ya prediabet riski olanlarda karbonhidrat yükü qan şəkərinin oynamasına səbəb ola bilər. Lif qəbulunun qəfil artması isə bəzi insanlarda həzm problemləri və şişkinlik yaradır. Ekspertlər yulafı şəkərsiz, meyvə və ya qatıq kimi zülal mənbələri ilə balanslaşdırılmış şəkildə istehlak etməyi məsləhət görürlər.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью