Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp komandasına uzunmüddətli müharibəyə girmədən İrana qarşı sürətli və qətiyyətli tədbirlər planı hazırlamağı tapşırıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” (The Wall Street Journal) ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev və Pentaqon rejim və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə qarşı genişmiqyaslı hücumlardan tutmuş simvolik hədəflərə məhdud hücumlara qədər, bir neçə ssenarini müzakirə edirlər.
Bu mümkün hərəkətin məqsədi İrana əhəmiyyətli dərəcədə ziyan vurmaq, Tehranı ABŞ-a güzəştə getməyə, nüvə ambisiyalarından imtinaya və daxili təzyiqlərə son qoymağa məcbur etməkdir.
Qeyd edək ki, bundan öncə Serbiya Prezidenti Aleksandr Vuçiç İrana yaxın 48 saat ərzində zərbə endirilə biləcəyini deyib.
Asena,
BakuPost