futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyalı əfsanəvi futbolçu Pelenin 1958-ci ildə keçirilən dünya çempionatında geyindiyi forma satılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. Hərraca çıxarılan futbolka 4.88 milyon dollara satılıb.
Pele 1958 mundialında İsveçlə final görüşündə (5:2) iki qol vurub. Braziliya həmin mundialda qızıl medal qazanıb. Bu, Pelenin millidəki ilk dünya çempionluğu olub.
Keçmiş hücumçu 2022-ci ilin dekabrında vəfat edib.