Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Büdcə böhranı parlamentin rolunu yenidən sual altına alır Fransa 2026-cı il dövlət büdcəs
Parlamentdə səs çoxluğuna malik olmayan hökumət üçün büdcə artıq siyasi davamlılığın sınağına çevrilib.
Məhz bu səbəbdən büdcə müzakirələri geniş ictimai və siyasi diskursa yol açır.
Mövcud vəziyyət həm Fransanın siyasi sistemində dərinləşən institusional gərginliyi, həm də icra hakimiyyəti ilə parlament arasında artan etimad böhranını açıq şəkildə üzə çıxarır.
Üstəlik, böhranın sosial sahəni də əhatə etməsi hökumət və müxalifət üçün yeni siyasi xəritənin formalaşmasına səbəb olur.
Məsələnin mahiyyətini anlamaq üçün, ilk növbədə, hökumətin büdcə strategiyasına nəzəri baxış zəruridir.
Baş nazir Sebastian Lekornu 2026-cı il dövlət büdcəsinin qəbulunu təmin etmək məqsədilə ciddi siyasi təzyiq altında fəaliyyət göstərir.
Parlamentdə kompromis imkanlarının məhdudluğu fonunda, o, sosial siyasət sahəsində bir sıra güzəştlər irəli sürməklə müxtəlif siyasi qüvvələrin dəstəyini qazanmağa çalışır.