Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Aktyor Elcan Rəsulov Bakıda son günlər müşahidə olunan tıxaclarla bağlı narazılığını ifadə edib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə son vaxtlar şəhərdə yaranan sıxlığın səbəbini anlamadığını bildirib:
“Məni qınamayın, Bakıda adam çoxalıb. Ya nəsə baş verir, bilmirəm. İki gündür qəribə-qəribə tıxaclar var. Saatlarla yolda qalırsan. 10-15 dəqiqəlik məsafəyə 1 saatdan çox vaxta çatırsan. Hələ bəzi məktəblər başlayıb, bəziləri yox. Nədən olar?”.