Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Qazaxıstanda Aİ haqqında qanunvericilik bazasının yaradılması Azərbaycanda da bu sahəyə diqqəti artırıb. Aİ artıq yalnız texnoloji sahələri deyil, mühasibatlıqdan tutmuş hüquqa qədər bir çox sektoru dəyişir. Bu, bəzi peşələrin sıradan çıxması, bəzilərinin isə transformasiyası deməkdir.
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, süni zəkanın sürətlə inkişafı və hər gün yeni platformaların istifadəyə verilməsi göstərir ki, qarşıdakı illərdə bir çox ixtisas sahələri və peşələr sıradan çıxacaq:
“Bu sahələrə mühasibatlıq, psixologiya və hüquq sahəsinin bəzi istiqamətləri daxildir. Bundan əlavə, bir neçə il sonra pedaqoqluq, operatorluq, taksi sürücülüyü və digər sürücülük istiqamətləri də bu siyahıya daxil olacaq. Həmçinin, məhsul və xidmətlərin çatdırılması sahəsində də insanların yerini dronlar, insansız uçuş aparatları və insansız avtomobillər tutacaq. Bank sektorunda da bir sıra əməliyyatlar avtomatlaşdırılacaq. Operatorluq sahəsində isə kamera çəkilişi, video hazırlama, səs yazma, musiqi bəstələmə kimi fəaliyyətlər artıq süni zəka tərəfindən həyata keçiriləcək. Sosial yönümlü bəzi ixtisaslar da bu prosesdən təsirlənəcək. Beləliklə, bu ixtisasların əksəriyyəti süni zəka tərəfindən əvəz olunacaq ki, bu da həmin peşələrin təhlükədə olması deməkdir”.
O diqqətə çatdırıb ki, təhsil sistemi də bu dəyişikliklərə hazır olmalıdır:
“Dövlət başçısı tərəfindən müvafiq fərman və tapşırıqlar verilmişdir. Məsələn, süni zəka əsaslı mərkəzlərin yaradılması, süni intellektin tədrisinə şərait yaradılması və hər il bakalavr səviyyəsində İT yönümlü ixtisaslara qəbul yerlərinin artırılması buna daxildir. Ölkəmiz artıq bu istiqamətdə tədbirlər görməyə başlayıb və nəticələrini təxminən 5-6 il sonra daha real şəkildə görmək mümkün olacaq. İnsanlar və xüsusilə doktorantlar ixtisasa yönələrkən diqqətli olmalıdırlar ki, dövrün tələbinə uyğun ixtisasları seçsinlər və gələcəkdə seçdikləri sahələr yararsız vəziyyətdə qalmasın”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, süni zəkanın sürətlə inkişafı və hər gün yeni platformaların istifadəyə verilməsi göstərir ki, qarşıdakı illərdə bir çox ixtisas sahələri və peşələr sıradan çıxacaq: