5 avqust Avropanın tarixinə ən isti gün kimi yazıldı

07.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Çərşənbə günü Avstriya və Slovakiyada tarixin ən isti günü qeydə alınıb. Milli meteoroloji xidmət “GeoSphere Austria”nın məlumatına görə, gün ərzində Bad Doyç-Altenburq şəhərində temperatur Selsi şkalası ilə 41,2 dərəcəyə çatıb.

Avstriyanın paytaxtı Vyanada temperatur çərşənbə axşamı 41 dərəcəyə çatmaqla milli rekordu yeniləyib. Ölkə daxilində həddindən artıq istilər və quraqlıq həm insanlar, həm də ətraf mühit üçün getdikcə daha ciddi fəsadlar yaradır. Bəzi yaşayış məntəqələri su çatışmazlığı ilə üzləşdiyi bir vaxtda, su səviyyəsinin aşağı düşməsi səbəbindən Dunay və digər çaylarda gəmiçilik qismən dayandırılıb.

Çərşənbə günü milli meteoroloji xidməti, həmçinin həssas qrupa aid insanlar üçün “həddindən artıq istinin yaratdığı gərginlik” ilə bağlı xəbərdarlıq edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью