Icma.az, Medicina portalına istinadən məlumat yayır.
Fransada satışa çıxarılan Sauvignon IGP Val de Loire ağ şərabı münasib qiyməti və aldığı mükafatla diqqət çəkib.
Medicina.az xəbər verir ki, Domaine du Haut Bourg tərəfindən hazırlanan şərabın 2022-ci ildə Gilbert & Gaillard Beynəlxalq Müsabiqəsində qızıl medala layiq görüldüyü bildirilib. Məhsulun satış qiymətinin isə təxminən 5,49 avro olduğu qeyd edilib.
Sauvignon üzümündən hazırlanan şərab quru, meyvəli və təravətli dadı ilə seçilir. Bildirilir ki, içki xüsusilə yay süfrələri, balıq və dəniz məhsulları ilə uyğun hesab olunur.
Mütəxəssislər bildirirlər ki, şərab alarkən yalnız qiymətə deyil, məhsulun istehsal ili və digər göstəricilərinə də diqqət yetirmək lazımdır.
Xanım,
Medicina.az