5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib

10.06.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu ilin yanvar-may aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4,3 milyard manatdan çox vəsait ödənilib.

525.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 422 milyon manat və yaxud 10,7 % çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью