5 ayda nə qədər pensiya verilib?

16.06.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.

"Cebheinfo.az" xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-may aylarında 19 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Gülər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью