“5 aylıq övladımı Sabunçu xəstəxanasında tələf etdilər” | Icma.az
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nərmin Ağayeva adlı xanım Sabunçuda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasından şikayət edib.
Axşam.az-a açıqlama verən xanım 5 aylıq hamilə olduğunu, övladının xəstəxanada həkimlərin səhvi nəticəsində tələf edildiyini bildirib: “Az qanaxmam oldu, xəstəxanaya getdim.
Gecə saat 2 idi, Elnarə adlı həkim məni qəbul etdi, amma yaxınlaşmadı, baxmadı. Təyinatla analgin, dimedrol vuruldu.
Səhər həkimi çağırtdırdım, ağrıdığımı dedim. Yanıma yaxınlaşmadı ki, qripsən, özümü qorumalıyam. Heç maraqlanmadı.
Şöbə müdiri Pərvanə Orucova gəldi, eyni zamanda həkim Mehdiyeva Zabilə. Yaxşı baxsınlar deyə pul da verdim. Amma baxmadılar.
USM-ə apardılar. Ağrıdan birtəhər idim, məni araba ilə aparmadılar. O halda yeridə-yeridə apardılar.
İlk usm-də dedilər heç nə yoxdur, hematomadır (qan damarı zədələndikdə dərinin altına və ya bədən boşluqlarına yığılan qan toplusudur).
Tam oxu
Xəbəri oxu