5 bazar subyektinə 190 min manatlıq sanksiya tətbiq edildi | Icma.az
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Xidmətindən Publika.az-a bildirilib ki, rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində cari ilin on ayı ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 146 müraciətə baxılıb, onlardan 87-si təmin olunub.
Eyni zamanda, antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən 16-sı təmin olunub.
Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış 61 müraciətdən 33-ü təmin olunub.
Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı 48 olub, onlardan 28-i təmin edilib.
Bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması istiqamətində Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair tədbirlər həyata keçirilib.
Rəqabət qanunvericiliyinə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyən edilib.
Tam oxu
Xəbəri oxu