5 ci qarşılaşma: “Araz Naxçıvan”, yoxsa “Qəbələ”?

30.08.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Misli Premyer Liqasında III turun 3-cü gününün son oyunu “Liv Bona Dea Arena”da keçiriləcək.

İdman.biz xəbər verir ki, “Araz-Naxçıvan” - “Qəbələ” ni qəbul edəcək.

Ölkə çempionatlarında rəqiblər arasında keçirilən 4 qarşılaşmada Muxtar Respubıika təmsilçiləri 2 dəfə qalib gəlib. Cəmi 1 dəfə heç-heçə qeydə alınıb, 1 dəfə də “Qəbələ” qələbəyə sevinib.

Top fərqində də üstünlük “Araz-Naxçıvan”-a məxsusdu – 7-4.

“Araz-Naxçıvan” ev qarşılaşmalarını qolsuz tərk etməyib. Naxçıvan təmsilçisinin ev görüşlərində 2 qol qeydə alınıb.

12.08.2023

Araz-Naxçıvan - Qəbələ

2:0

22.10.2023

Qəbələ - Araz-Naxçıvan

1:4

16.03.2024

Araz-Naxçıvan - Qəbələ

1:1

19.05.2024

Qəbələ - Araz-Naxçıvan

2:0

Qeyd edək ki, görüş saat 20:30-da başlayacaq.
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью