Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Filmlər özündə tarixi saxlayır. Bu baxımdan onların qorunması olduqca vacib məsələdir. Keçmiş filmlərimizin mühafizəsi Azərbaycan Dövlət Film Fondunda təşkil edilir. AZƏRTAC-ın əməkdaşları Film Fondunda olub, filmlərin hansı şəraitdə saxlanıldığı və necə bərpa edildiyini yaxından izləyiblər.