Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının icraçı katibi Yasmin Fuad ilə görüşdə ekoloji təhlükəsizlik, yaşıl irsin qorunmasına böyük diqqət və bu sahədə birgə beynəlxalq əməkdaşlıq məsələləri barədə dəyərli fikirlər səsləndirib.
• Onun irəli sürdüyü maraqlı təşəbbüslər ekoloji-humanitar diplomatiyanın növbəti nümunəsi hesab edilə bilər.
• Leyla Əliyeva ictimai xadim kimi həm də ekoloji sınaqlara məruz qalan dünyanın bu gününü və sabahını düşünən böyük təşkilatçıdır. 15 ildir ki, rəhbərlik etdiyi IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində aktiv iştirak edir.
• İDEA təşkilatı təkcə Azərbaycanda bu uğurlu missiyanı gerçəkləşdirmklə kifayətlənmir, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, qlobal gənclər ekoloji kampaniyaları həyata keçirir. O, cümlədən BMT-nin Ətraf Mühit Proqramı, Beynəlxalq Ekologiya Təşəbbüsü və s. nüfuzlu təşkilatlarla iqlim məsələlərini müzakirə edir, töhfə verir, “yaşıl həmrəylik” platformasına çevrilir.
• Leyla xanımın ekologiyaya həssas münasibəti və qayğısı Xəzərin flora faunasının zənginliyinin qorunmasında da aydın şəkildə sezilir. Bu fəaliyyət Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasında BMT-nin Konvensiyasına yeni baxış, yeni təşəbbüskarlıq ruhu kimi qiymətləndirilə bilər.
• Bu, həm də 5 Xəzəryanı dövlətin dənizin ekologiyasının qorunması istiqamətində straeji fəaliyyəti müəyyənləşdirmək baxımından mühüm mesajdır.
• Ümumilikdə, Leyla Əliyevanın Yasmin Fuad ilə görüşü IDEA və UNCCD arasında sıx əməkdaşlığın inkişafı və gələcək layihələr üçün növbəti fürsət sayıla bilər.