5 ədviyyatlı öskürək müalicəsi: Bal ilə qarışdırın

27.01.2026

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Qışın gəlişi ilə soyuq hava, qəfil temperatur dəyişiklikləri və yuxarı tənəffüs yollarının infeksiyaları bir çox insanda davamlı öskürəyə səbəb olur.

Gündəlik həyata mənfi təsir göstərən bu vəziyyət, xüsusən də gecələr artan öskürək və bəlğəm şikayətləri ilə daha da yorucu ola bilər.

Medicina.az xəbər verir ki, evdə asanlıqla hazırlana bilən bəzi qarışımlar öskürəyi yüngülləşdirməyə və bəlğəmi daha asan xaric etməyə kömək edər.

Təbii öskürək siropu resepti!

- 1 çay qaşığı zəncəfil

- 1 çay qaşığı qara istiot

- 1 çay qaşığı darçın

- 1 çay qaşığı sarımsaq

- 1 çay qaşığı sarıkök

Bu 5 ədviyyatı 1 stəkan bala tökün və qarışdırın. Təxminən bir saat saxladıqdan sonra səhər və axşam bir qaşıq qəbul edin.

Mütəmadi istifadə ilə sinəniz yumşalacaq, öskürəyiniz dayanacaq və bəlğəminiz azalacaq.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью