Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Barselona"ya 5:2 hesablı məğlubiyyət "Real Madrid"də gərginliyə səbəb olub.
Metbuat.az xəbər verir ki, bəzi futbolçular Karlo Ançelottinin taktikalarını bəyənmir.
İspaniya mətbuatında yer alan iddialara görə, 5 futbolçu italyan məşqçidən klub prezidenti Florentino Peresə şikayət edib.
İddialara görə, problemlərin bütün məsuliyyətinin Karlo Ançelottinin üzərinə düşdüyünü deyən futbolçuların Ançelotti ilə münasibəti gərgindir.
Onlar oynadıqları mövqedən razı deyillər. Bəziləri isə heyətə düşə bilmir.
Məşqçidən şikayət edən futbolçuların Kilian Mbappe, Arda Güler, Aurelien Tşouameni, Brahim Diza və Endrik olduğu iddia edilib.
Mbappenin Ançelottinin onu 9 nömrə mövqeyində oynamasından şikayətləndiyi, Tşouameninin mərkəz müdafiəçisi kimi oynamaq istəmədiyi vurğulanıb.