5 futbolçu Neftçi dən ayrıldı

24.05.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycan çempionatında 2024-25 mövsümünü 6-cı yerdə başa vuran "Neftçi" klubunda bir sıra ayrılıqlar yaşanacaq.

Metbuat.az Offsideplus.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" 5 futbolçusu ilə vidalaşacaq. Bu futbolçular Rəhman Hacıyev, Azər Əliyev, Yeqor Boqomolski, Yuri Matias, Azər Salahlıdır. Yaxın zamanda adıçəkilən futbolçuların gedişi bəyan ediləcək.

Bundan əlavə, Ramil Şeydayevin də Bakı klubundan ayrılması gözlənilir. Tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gəlməsə, 29 yaşlı hücumçu ilə də yollar ayrılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью