5 gün dənizdə soyuducu üzərində üzən balıqçılar tapıldı

24.08.2026

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.




Dənizdə batmış iki meksikalı balıqçı beş gün yemək və su olmadan sağ qalıb.

Medicina.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı 14 avqustda balıqçılıq kooperativinin üzvlərinin - 53 və 32 yaşlarında iki kişinin itkin düşdüyünü xəbərini alandan sonra başlayıb.

Donanma Sakit Okeanın geniş ərazisini havadan və dənizdən izləyib və balıqçıları Meksikanın cənubunda Çiapas sahillərindən təxminən 24 kilometr aralıda soyuducu üzərində tapdı. Onların olduğu gəmi batanda onlar yalnız bu soyuducuya dırmaşmaqla xilas olublar. Bu müddət ərzində balıqçıların yeməyi və suyu yox idi.

Hər iki balıqçı xilasetmə gəmisinə qaldırıldı, limana aparıldı və tibbi yardım aldıqdan sonra ailələrinə təhvil verildi.

"O günlərdən sağ çıxacağımızı düşünmürdük. Edə biləcəyimiz tək şey Allaha dua etmək və kömək gözləmək idi".

Yoldaşı əlavə edib ki, bu vəziyyət təsəvvür edilə biləcək ən çətin vəziyyətdir və o, bunu ən pis düşməninə arzulamır.


Aygün Musayeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью