5 günə həbsdən çıxan Navai qonorarını artırdı

24.10.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov Qazaxıstanda narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işindən sonra çıxışlarının qiymətini artırıb.

Axşam.az "kp.ru"ya istinadən xəbər verir ki, reper Rusiyadakı konsertləri üçün bilet satışını bərpa edib. Konsertlərin tarixləri oktyabrdan noyabra keçirilib.

Bununla belə, ifaçının qonorarında artım olub. Onun özəl tədbirlərdə çıxış qiyməti 4 milyon rubldan 5 milyon rubla yüksəlib.

Qeyd edək ki, Navai bir müddət əvvəl Qazaxıstandan deportasiya edildikdən sonra Moskvaya qayıdıb. 

Xatırladaq ki, Navai Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılmışdı. Daha sonra onun barəsindəki cinayət işinə xitam verilib və ölkədən çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью