5 il ABŞ zindanında yatan, Əsədi devirən ƏlCulani kimdir? DOSYE

08.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda “Əl-Qaidə”yə qoşulub.
Bizim.Media azvision.az-a istinadən xəbər verir ki, 2006-cı ildə ABŞ-ın silahlı qüvvələri onu həbs ediblər. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. Onun bioqrafiyasının bu hissəsi kifayət qədər qaranlıqdır.
 

2012-ci ildə azadlığa çıxandan sonra “Əl-Qaidə”nin Suriya bölməsi olan “Cəbhət ən-Nüsra”nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.


“Cəbhət ən-Nüsra” qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən, İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.
2016-cı ildə Əl-Culani “Əl-Qaidə” ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla “Cəbhət Fəth əş-Şam” təşkilatını qurur.
2017-cil ildə İdlibdə “Həyat Təhrir əş-Şam” adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi.
2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni “İslam Dövləti” yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.
O özünü radikal islamçı saymır. Nəzarət etdiyi ərazilərdə qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью