5 il əvvəl çıxdığı işdən yenidən təklif aldı

13.11.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub.

Axşam.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-ci ildə isə bu işdən tamamilə uzaqlaşdığını bildirib.

Nazpəri hazırda ona yenidən müəllimliklə bağlı təkliflər gəldiyini açıqlayıb:

“İndi təklif gəlib. Düşünürəm, baxarıq. Milli Konservatoriyadan, İncəsənət Universitetindən dəvət var. Gözəl tələbələrim, gözəl işlərim var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью