5 ildə İrəvandan Bakıya 66 təyyarə uçub

25.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın İdarəetmə və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2024-cü il dekabrın 11-də beynəlxalq şirkətin sifarişi ilə İrəvandan Bakıya çarter reysi həyata keçirilib.

“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi həyata keçirilib”, - deyə nazirlik vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью