5 ildə Kürdəmirdə ASANlaşan 608 000 müraciət!

12.02.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


​Kürdəmir “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 12 fevral 2020-ci il tarixində baş tutub.
Newscenter.az xəbər verir ki, kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, çay evi və kafelər, restoran və “ABAD Food Hall” yaradılıb.
​Kürdəmir regional “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 000 çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
​Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
​Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzə 608 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Gündəlik orta müraciət sayı 600-ə yaxındır.
​Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 300 nəfər könüllü məzun adını qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью