5 ildir kaşkilərlə yaşayıram Video

28.09.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Səlim Abbasovun mərhum musiqiçi atası Vaqif Abbasovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, valideyninin məzarını ziyarət edən sənətçi onun doğum günü olduğunu bildirib.

"Bu gün ilk müəllimim, gözəl insan, gözəl ailə başçısı, gözəl qarmon ifaçısı olan atam Vaqif Abbasovun cənnətdə 74 yaşı tamam olur. Kaş ki, yanımızda olardın, birlikdə doğum gününü qeyd edərdik. Onsuz da 5 ildir kaşkilərlə yaşayıram və hər halda ömrümün axırına kimi bu belə olacaq.

Qazandığım bütün uğurlarıma görə atama, anama və Allaha borcluyam. Əziz atam və əziz anam, sizdən mənə ancaq xatirələr qaldı.

Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol".

Qeyd edək ki, musiqiçinin valideynləri koronavirus infeksiyasına yoluxub və yerləşdirildikləri xəstəxanada vəfat ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью