Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün - 5 iyul həm tarixi hadisələr, həm də beynəlxalq və qeyri-rəsmi xüsusi günlərlə yadda qalan tarixlərdən biridir. Dünyanın müxtəlif ölkələrində bu gün elm, turizm, qida, xeyriyyə və ictimai təşəbbüslərlə bağlı fərqli tədbirlər keçirilir.
"Yeni Sabah" 5 iyulla bağlı maraqlı faktları təqdim edir:
Dünya Bikini Günü Dördpendirli pizza
5 iyul dünyada Dünya Bikini Günü (World Bikini Day) kimi qeyd olunur. Məhz 1946-cı il iyulun 5-də fransalı modelyer Luiz Reard ilk dəfə müasir bikini modelini ictimaiyyətə təqdim edib.
O dövrdə kifayət qədər cəsarətli hesab olunan bu geyim zamanla çimərlik dəbinin ayrılmaz hissəsinə çevrilib. Bir çox ölkədə bu tarix münasibətilə moda nümayişləri, çimərlik tədbirləri və yay kampaniyaları təşkil edilir.
Beynəlxalq Kooperativlər Günü
İyul ayının ilk şənbə günü qeyd olunan Beynəlxalq Kooperativlər Günü bu il 5 iyula təsadüf edir. Bu gün kooperativlərin iqtisadi inkişaf, məşğulluq, sosial rifah və davamlı inkişaf sahəsində rolunu vurğulamaq məqsədi daşıyır.
Günün qeyd olunması Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Kooperativ Alyansı tərəfindən dəstəklənir.
Milli alma piroqu günü
ABŞ-də 5 iyul “National apple turnover day” kimi tanınır. Bu gün alma içlikli qat-qat xəmir məmulatına həsr olunub. Çoxsaylı kafe və çörəkxanalar bu münasibətlə endirimlər və xüsusi menyular təqdim edirlər.
Bu gün münasibətilə ABŞ-də bəzi ştatlarda ən dadlı alma piroqunun seçilməsi üçün kulinariya müsabiqələri təşkil olunur. Sosial şəbəkələrdə isə #AppleTurnoverDay həştəqi altında minlərlə paylaşım edilir.
Azərbaycanda isə 5 iyul rəsmi dövlət bayramı və ya qeyri-iş günü hesab edilmir.
5 iyul həm də ilin 186-cı günüdür (uzun illərdə 187-ci gün). 2026 cı ilin sonuna cəmi 179 gün qalır.