Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xırdalan şəhərində piyadanın etdiyi hərəkət sürücünü qəzəbləndirib. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, görüntünü qeydə alan sürücü yolu nəzərdə tutulmayan yerdən keçən yaşlı kişini görərək sürətini azaldıb. Lakin piyada sağ ol demək əvəzinə, əlini qaldıraraq haqsız yerə sürücünün üzərinə qışqırıb.
Görüntüdən də aydın şəkildə görünür ki, 10 metr qarşıda nizamlanmayan piyada keçidi mövcuddur.
Sözügedən videonu təqdim edirik.
Fərid