5 metrlik quyuya düşən yaşlı kişi belə xilas edildi Video

31.12.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью